Respublika çempionatı keçirildi

“Qara-qaplan” idman klubu Vətən müharibəsində Zəfərin ildönümünə həsr olunmuş yeniyetmə və gənclərin 21-ci respublika çempionatında ən yüksək nəticə göstərib.

Allsport.az xəbər verir ki, ölkənin ilk karate klubu 13 qızıl, 7 gümüş və 17 bürünc medal ilə ümumi hesabda birinci yeri tutub. 8 qızıl, 4 gümüş və 7 medala sahib olan “Arpaçay” klubu 2-ci nəticə göstərib. Mərkəzi karate məktəbi isə 6 qızıl, 4 gümüş və bir o qədər də bürünc mükafatla 3-cü olub. İlk 5-likdə həmçinin fövqaladə hallar nazirliyinin idman klubu və daxili işlər nazirliyinin idman cəmiyyəti də yer alıb.

Respublika birinciliyində 25-dən artıq klubu təmsil edən 250-dək yeniyetmə və gənc karateçi iştirak edib. Aşağı yaşlı milli komandaların bir sıra çəki dərəcələrində yenilənən heyət 2022-ci il fevralın əvvəli Çexiyanın paytaxtı Praqada növbəti Avropa çempionatına hazırlıqlara başlayacaq. 

Həmin kateqoriyadan