- Baxış sayı: 112
- 03 Dekabr 2024 17:24
- Baxış sayı: 25
- Aprel 11, 2025
- 0
Azərbaycan triatlonu cari il ərzində beynəlxalq arenada ilk uğuruna nail olub. Allsport.az saytı xəbər verir ki, Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kubokunda 1-ci yeri tutub. O bu qələbə ilə həm də hesabına reytinq balları yazdırıb.
Təmsilçimiz 1,5 kilometrlik su mərhələsini 18 dəqiqə 40 saniyəyə başa vurub. O, 40 kilometr məsafəyə veloyürüşü 1 saat 9 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 10 kilometr məsafəyə qaçış üzrə isə Rostislav 30 dəqiqə 45 saniyəlik nəticə göstərib.