- Baxış sayı: 253
- 12 Oktyabr 2025 15:00
- Baxış sayı: 90
- Dekabr 05, 2025
- 0

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Honq Konq şəhərində təşkil olunan sprint üzrə açıq Asiya kubokunda qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, 750 metrlik su məsafəsini 09:33 dəqiqəyə başa vurub.
Ardınca isə 20 kilometrlik velodistansiyanı 29:14 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi – 5 kilometrlik qaçış zolağında idmançımız 15:09 nəticə göstərib.
Qadınların mübarizəsində Kseniya Levkovskaya 1 saat 04 dəqiqə 29 saniyəlik nəticə ilə 4-cü olub.