- Baxış sayı: 111
- 03 Dekabr 2024 17:24
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Triatlonçumuz Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub. Allsport.az xəbər verir ki, mükafatlandırma mərasimi Minskdə Avropa triatlon ittifaqının 15-ci konfransına həsr olunmuş qala gecədə keçirilib.
2015-ci ildə Avropa oyunlarının bürünc medalçısı, 2016-cı ilin qitə kubokunun qalibi, dünya kuboklarında 2 dəfə nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı olan Rostislav Pevtsov bu mübarizədə britaniyalı Sem Dikinson və Ben Diykstranı geridə qoyub.
Pevtsov Tokio-2020 olimpiya oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün gələcək yarışlara böyük stimul olacağını vurğulayıb.