- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Neftçi” klubunun yeni transferi Ruslan Abışov neftchipfk.com-un suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, müdafiəçu doğma klubuna qayıtmaqdan məmnun olduğunu deyib:
– Doğma komandana qayıtmısan. Dönüşün barədə nə deyə bilərsən?
– Uzun müddətdən sonra evimə qayıtmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm. Mənə etimad göstərib “Neftçi”yə dəvət edən hər kəsə təşəkkür edirəm.
– “Neftçi”dəki iddian nədir? Bildiyin kimi, komandanın heyətində bir çox dəyişiklər olub. Bu barədə fikirlərini bilmək istərdik.
– “Neftçi”dəki iddiam hər zaman çempionluq olub. Hazırkı mövsüm üçün bu bir qədər çətin görünür. Çempionatda mümkün qədər irəliləməyi düşünürük. Kubokda isə mübarizəni davam etdiririk. Gələn mövsüm isə hədəf yalnız çempionluq olmalıdır. Artıq uğursuz günlər geridə qalsın. Komandadadı dəyişiklik müsbət mənada sözünü deməlidir. Mən buna inanıram.
– Son olaraq, azarkeşlərə nə demək istərdin?
– “Neftçi”yə keçdiyim üçün tam sevinə bilmədim. Bilirdim ki, məni hələ də bağışlamayan azarkeşlər var. Onların hər birini haqlı sayıram, fikirlərinə hədsiz hörmət edirəm. Lakin indiki məqamda həm mənim, həm də komandamızın azarkeşlərin dəstəyinə ehtiyacı var. “Neftçi”nin bütün tarixi uğurlarının əsas pay sahibi onlardır.