Ruslan Abışov: “Uypeşt”lə ilk oyunda azarkeşlərin dəstəyi sayəsində yaxşı nəticə istəyirik

“Neftçi” 4-illlik fasilədən sonra fasilədən yenidən avrokubaklarda oynamaq imkanı qazanıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” iyulun 12-da “Dalğa arena”da tərəfdarları önünə çıxacaq. Komandanın kapitanı Ruslan Abışov müsahibəsində bu vacib görüşdən danışıb, imkanları dəyərləndirib.

– Təlim-məşq toplanışını necə dəyərləndirirsən?
– Hər şey yaxşıdır. Hazırlaşırıq, məşq edirik. Bəzi məşqlərimiz ağır keçsə də, əsas odur tolanışı zədəsiz başa vuraq. Macarıstanın “Uypeşt” klubu ilə Avropa liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyuna hazır olmalıyıq.

– Yeni transferlər özlərini necə göstərirlər? Komandaya uyğunlaşıblarmı?
– Məncə, Baqali Dabo, Dario Frederiko və Slavko Braliç artıq komandaya uyğunlaşıblar. Qoran Paratski ilə Kvame Karikarinin adaptasiyası üçün isə bir az zamana ehtiyac var. Onlar tez bir vaxtda komandaya kömək edə biləcəklər. Tural Axundovla Rəşad Eybova gəlincə, onlar komanda üzvlərini yaxşı tanıyırlar. Sanki neçə illərdir bir komandada oynayırıq.

– Yoxlama oyunları barədə nə deyə bilərsən? Səncə, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bildizmi?
– Düzdür, hazırlıq matçlarında hər şey tamam başqa cür olur. Bununla belə, baş məşqçinin bizdən tələb etdiklərini meydanda göstərməyə çalışırıq. Bugünkü oyunda rəqibimiz əvvəlkilərlə müqayisədə daha güclüdür. Buna baxmayaraq, yaxşı oynamalıyıq. Məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməliyik ki, artıq “Uypeşt”lə görüşdə çətinlik çəkməyək.

– Kapitan olaraq azarkeşlərinizə nə demək istərdin?
– Azarkeşlərsiz bizə çox çətin olardı. Onların dəstəyini meydanda hər zaman hiss etmişik. “Neftçi” çoxdandır avrokuboklarda oynamır. İnanıram ki, azarkeşlərimiz iyulun 12-də tribunaları dolduracaqlar. “Uypeşt”lə ilk oyunda onların dəstəyi sayəsində yaxşı nəticə qazanmaq istəyirik.

Həmin kateqoriyadan