- Baxış sayı: 40
- 18 Noyabr 2024 20:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Qazanda keçirilən BRİKS idman oyunlarında Rusiya idmançıları dəstə-dəstə qızıl medallara yiyələnsələr də, rəqabət davam edir. Allsport.az xəbər verir ki, yarışın Azərbaycana ilk qızıl medalını karateçi Mədinə Sadıqova qazandırıb. 55 kq çəki dərəcəsində Sadıqova çinli Zuying Hou üzərində qələbə qazanıb. Azərbaycan təmsilçisi üçün ən çətin olan final görüşü olub.
İndi kumite üzrə Avropa çempionatının, Avropa oyunlarının və İslam həmrəyliyi oyunlarının bürünc mükafatçısı olan 23 yaşlı karateçin qarşısında yeni məqsəd – 2025-ci ildə Ermənistanda keçiriləcək Avropa çempionatı var. Ölkələr uzun müddətdir ki, bir-biri ilə münaqişə vəziyyətindədir, ona görə də Azərbaycan idmançıları üçün turnirə girişin asan olacağını və ya maneələrin olacağını söyləmək çətindir, lakin Mədinə bu barədə düşünmür.
Ermənistandakı turnir şəxsi səbəblərə görə onun üçün vacibdir: “Mən şəhid qızı olduğum üçün çalışacağam ki, Azərbaycan bayrağı yüksəklərdə dalğalansın. Gələn il Avropa çempionatı Ermənistanda keçiriləcək. Düşmən ölkədə himni oxumaq böyük və şərəfli hissdir. Əminəm ki, bunu Ermənistanda edəcəyəm. İnanıram ki, bu mənim taleyim olacaq”.
Qeyd edək ki, idmançının atası 2010-cu ildə dünyasını dəyişib.