Şəhidin xatirəsinə həsr edilmiş karate turniri keçirilib

Fövqaladə hallar nazirliyinin idman-sağlamlıq mərkəzində Azərbaycan karate federasiyasının (AKF) təşkilatçılığı ilə şəhidimiz Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə Elfaq Nağıyevin atası Azad Nağıyev, anası Aytəkin Nağıyeva, milli məclisin deputatı, Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev, milli məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, deputatlar Göydəniz Qəhrəmanov,  Pərvanə Vəliyeva, Mehriban Vəliyeva, Sevinc Fətəliyeva, Sevinc Hüseynova və 40-a yaxın şəhid ailə üzvləri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnirdə ümumilikdə 400-dən çox karateçi Azərbaycan karate federasiyası tərəfindən  şəhidimizin xatirəsinə xüsusi təsis edilmiş medallar uğrunda gərgin mübarizə aparıb.

Həmin kateqoriyadan