“Səhvlərimizdən qollar buraxdıq”

Azərbaycan premyer liqası çərçivəsində keçirilmiş “Sabah” – “Araz-Naxçıvan” oyunundan sonra mətbuat konfransı baş tutub.

Allsport.az xəbər verir ki, “al qurdlar”ın baş məşqçisi Andrey Demçenko 1:4 hesablı məğlubiyyəti belə şərh edib: “Yaxşı, təşkilatlanmış komandaya qarşı oynadıq. Səhvlərimizdən qollar buraxdıq. Oyunu rəqibin meydanında qurmağa çalışdıq, amma pressinq edən zaman səhvlərə yol verdik. “Neftçi” ilə oyunda da belə oldu. Sanki futbolçularda həyəcan var idi. Həyəcan isə hər zaman işini keyfiyyətli görməyə, dəqiq qərar verməyə imkan vermir.

Bu gün komanda olaraq uduzduq. Meydanda olanlardan kimisə seçmək, fərqləndirmək istəmirəm. Taktiki cəhətdən istədiklərimizi reallaşdırmaq üçün zaman lazımdır”.

Həmin kateqoriyadan