- Baxış sayı: 39
- 20 Aprel 2025 14:52
- Baxış sayı: 68
- Aprel 20, 2025
- 0
AFFA intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, toplantıda Azərbaycan kubokunun yarımfinal mərhələsində baş verənlərlə bağlı qərar qəbul olunub.
“Araz-Naxçıvan” evdə “Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.
“Neftçi” evdə “Sabah”la görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat xərcə düşüb.
Eyni oyunun 90+3-cü dəqiqəsində qonaq komandanın məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Bayquşlar” isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.