- Baxış sayı: 38
- 20 Noyabr 2024 16:57
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Gənclər və idman nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi davam edir. Allsport.az xəbər verir ki, layihə çərçivəsində səyyar idman avtomobili oktyabrın 15-də Daşkəsəndə olub.
Daşkəsən şəhərində Heydər Əliyev mərkəzinin qarşısında baş tutan tədbirə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar. Qaliblər müvafiq sertifikatlarla təltif olunublar.
Layihə çərçivəsində “Sağlam həyat” avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.