- Baxış sayı: 60
- 10 Mart 2025 15:53
- Baxış sayı: 60
- Mart 24, 2025
- 0
Yeniyetmə stolüstü tennisçilər – Onur Quluzadə və Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaq. Allsport.az saytı xəbər verir ki, onlar bu məqsədlə əvvəlcə Çin Xalq Respublikasına yollanıblar. Avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar.
Onur Quluzadə ilə Yağmur Məmmədli ardınca qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaq. Bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.