- Baxış sayı: 39
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

20-23 noyabrda Bosniya və Herseqovinanın paytaxtında 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, milli komandanın məşqçiləri Elnur Amanov və Rəşad Məmmədovun rəhbərliyi altında 10 oğlan, 8 qız təmsil edəcək.
Çempionatda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva da ölkəmizi təmsil edəcək.