- Baxış sayı: 73
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, stolüstü tennis üzə U-13 milli komandamız Avropa stolüstü tennis ittifaqının “Europe youth series” turnirində uğurla çıxış edir. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız 1/4 finalda Sloveniya millisini də 5-1 hesabı ilə məğlub edib. Stolüstü tennisçilərimiz finala gedən yolda ev sahibinin digər kollektivi ilə üz-üzə gələcəklər.
Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.