- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Simurq” ötən gün bir məşqə çıxıb. Allsport.az xəbər verir ki, hər kəsin iştirak etdiyi çalışmaya əvvəlcə qısa məsafəyə qaçışla başlanılıb.
Daha sonra futbolçular iki qrupa bölünüb. Dünənki matçda iştirak edənlər isinmə hərəkətlərindən sonra məşqi tamamlayaraq istirahətə yollanıblar. Digər qrup isə qısa ötürmələrdən sonra cinahlardan asmalar və onların qapanması tapşırığını yerinə yetiriblər.
“Simurq” bu gün iki məşqlə hazırlıqları davam etdirəcək.