- Baxış sayı: 34
- 23 Mart 2026 22:29
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Yuventus” və “Milan”ın keçmiş baş məşqçisi Massimilyano Alleqri məşhur tennisçi Cannik Sinner haqda danışıb.
Allsport.az xəbər verir ki, italyan mütəxəssis həmyerlisinin dünyanın ən yaxşı tennisçisi olduğunu hələ tam başa düşmədiyini deyib:
“O, hələ də dünyada 1 nömrə olduğunu dərk etməyən bir oğlandır. Və bu onun əsl gücüdür. Düşünürəm ki, o, böyük dəyərlərə malik tennisçidir. Onun qeyri-adi gücü var, heç özü də bilmir ki, hansı potensiala sahibdir”.