- Baxış sayı: 23
- 25 Aprel 2025 17:48
- Baxış sayı: 75
- Aprel 25, 2025
- 0
“Neftçi”nin müdafiəçisi Slavko Braliç klubun müsahibə verib. Allsport.az saytı xəbər verir ki, özününü burada çox xoşbəxt hiss etdiyini bildirən xorvatiyalı futbolçu Topaz premyer liqası və azarkeşlərlə bağlı sualları da cavablandırıb:
– Hazırda turnir cədvəlinin ilk pilləsindəsiz. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?
– Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.
– Özünüzü “Neftçi”də necə hiss edirisiz?
– Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.
– Sizin üçün indiyə qədər Topaz premyer liqasında keçirilmiş ən çətin oyun hansı olub?
– Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.
– Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?
– Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.
– Növbəti rəqib “Sabah” haqda nə deyə bilərsiz?
– Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.
– Azarkeşləriniz komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsizmi?
– Əlbəttə! “Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.