- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Rumıniyanın Kluj-Napoka şəhərində gənclər stolüstü tennisçilərin Avropa birinciliyi keçirilir.
Allsport.az saytı xəbər verir ki, 44 ölkədən 42 oğlan və 39 qız komandasının iştirak etdiyi mübarizədə Azərbaycan millisi finalda rusiyalı həmkarlarına qalib gəlib. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.
Xatırladaq ki, 2017-ci ildə eyni yarışda yığmamız bürünc medal qazanmışdı. Çempionatda şəxsi yarışlar davam edir.