- Baxış sayı: 73
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə yekun vurulub.
Allsport.az xəbər verir ki, yarışın son günündə şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşib.
2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi yarışından Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıb. 2009-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu adını qazanıb.
2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə – Rüstəm Hacılı tandemi qələbə çalıb.
2009-cu il və daha kiçik idmançlıar arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə – Ömər Aslanlı cütü bütün rəqiblərinə qalib gəlib.
Nəhayət, qarışıq-qoşa yarışlarında 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion adına layiq görülüb.
Xatırladaq ki, mayın 1-də start verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən 2005-2008-ci il təvəllüdlu qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı 1 kollektivi 1-ci yeri tutmuşdu.
2009-cu il və daha kiçik təvəllüdlu qızların mubarizəsindən Bakı 1 , oglanların mubarizəsindən isə Şabran komandası qalib ayrılmışdı.