- Baxış sayı: 44
- 04 Aprel 2025 17:46
- Baxış sayı: 75
- Aprel 09, 2025
- 0
Bu gün gənc və yeniyetmə stolüstü tennisçilərin Azərbaycan kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda müxtəlif idman məktəbləri, klub və cəmiyyətlərdən 100-dək stolüstü tennisçi fərdi və qoşa yarışlarda mübarizə aparıb. Gənclər arasında həm fərdi, həm də qoşa yarışlarda Nəzakət Qarayeva və İbrahim Ansari 1-ci yeri tutublar. Qarışıq qoşa yarışlarda İbrahim Ənsari – Zemfira Mikayılova ən yaxşı nəticə göstəriblər.
Yeniyetmələrin fərdi yarışlarında qızlar arasında Ləman Abdulhəmidova, oğlanlar arasında isə Kənan Pənahov qızıl medal qazanıblar. Qızların qoşa yarışlarında Ləman Abdulhəmidova – Fidan İranpur fərqləniblər. Emin Məmmədov – Xaliq Becanov isə oğlanlar arasında ən güclü cütlük olub. Qarışıq qoşa yarışlarda Ləman Abdulhəmidova – Hacımurad Məmmədbəyov fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Turnir başa çatdıqdan sonra mükafatlandırma mərasimi olub. Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov qalibləri təbrik edib. İdmançılara Gənclər və İdman Nazirliyinin diplomları, federasiyanın kubok, medal və mükafatları təqdim olunub.