- Baxış sayı: 62
- 03 Dekabr 2025 14:58
- Baxış sayı: 94
- Dekabr 05, 2025
- 0

7-8 mayda “Şüa” idman kompleksində “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Sara Sultanovanın xatirəsinə stolüstü tennis turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ASTF-in təşkil edəcəyi yarışda veteran idmançılar bacarıqlarını göstərəcəklər.
Əsas məqsəd onların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir. Yarış şəxsi və qoşa dərəcələrdə beynəlxalq stolüstü tennis qaydlarına əsasən keçiriləcək.