- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Seçmə komandanın üzvü Onur Quluzadə beynəlxalq stolüstü tennis federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq. Allsport.az xəbər verir ki, Onur bu məqsədlə milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb. “Rising Stars Camp” adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək. Onur Quluzadə ardınca, İsveçin Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək “WTT Youth Contender” turnirlərində mübarizə aparacaq.