- Baxış sayı: 63
- 03 Dekabr 2025 14:58
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Bu gün Türkiyənin Nevşəhər şəhərində “WTT Youth Contender” turnirinə start verilir.
Allsport.az xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan stolüstü tennisçiləri də bacarıqlarını göstərəcəklər. Seçmə komandanın məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq.
Turnirə fevralın 17-də yekun vurulacaq.