- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Stolüstü tennisçilər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək “WTT Youth Contender” turnirində iştirak edəcəklər. Allsport.az xəbər verir ki, budəfəki yarışda seçmə komandanın 6 üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.