- Baxış sayı: 55
- 21 Aprel 2025 22:41
- Baxış sayı: 65
- Aprel 23, 2025
- 0
Rusiya Federasiyasının Ulyanovsk şəhərində MDB dövlətlərinin beynəlxalq məktəb idman festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Rusiya, Moldova, Belarus və Azərbaycan stolüstü tennisçiləri iştirak ediblər. Turnir komanda, şəxsi, qoşa və qarışıq qoşa dərəcələri üzrə təşkil olunub.
Komanda yarışlarında idmançılarımız “Rusiya–2” və Moldova təmsilçilərinə qalib gələrək üçüncü yeri tutublar. Şəxsi yarışlarda yığmamızın üzvü Sadıx Sadiqov 2-ci yerin sahibi olub. Oğlanlar arasında qoşa yarışlarda Sadıx Sadiqov və Mətin Həsənzadə cütlüyü 2-ci, qızlarda Fatimə Məmmədli və Fatma Məmmədli 3-cü yer qazanıblar.