- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyinə qatılacaqlar.
Allsport.az xəbər verir ki, milli komanda bu məqsədlə Rumıniya paytaxtına yollanıb.
Buxarest sınaqlarında 4 idmançımız bacarığını göstərəcək. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı yığmanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə qələbə uğrunda mübarizə aparacaq. Yarışlara mayın 22-də start veriləcək.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb. Təcrübəli hakim yarışın oyunlarını idarə edəcək.