- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Allsport.az xəbər verir ki, millimiz Avropa stolüstü tennis ittifaqının “Avropa youth series” turnirinin son günündə daha 3 medal qazanıblar.
Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın şəxsi turnirində Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2-3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb. Yağmur Məmmədli – Xədicə Eylazova, Onur Quluzadə – Tunar Bağırov isə qoşa yarışlarda 3-cü yeri tutub.
Yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxmışdı.