- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT youth contender” turnirində daha 4 medal qazanıblar.
Allsport.az xəbər verir ki, qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə – Mərziyyə Nurmətova və Ləman Abdulhəmidova – Tom Klosset (Belçika) cütlükləri yalnız finalda uduzaraq gümüş medala yiyələniblər.
Aylin Əsgərova – Hüseyn Eylazov və Zemfira Mikayılova – Məhəmməd Ataqul (Türkiyə) duetləri isə yarışı 3-cü pillədə başa vurublar.