- Baxış sayı: 73
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Bu gün “Şüa” idman–sağlamlıq kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin Azərbaycan birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın açılışını federasiyanın baş katibi Könül Mikayılova və vitse-prezidenti Elmar İslam ediblər.
Kütləviliyi ilə seçilən birinciliyə paytaxt tennisçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Qusar, Şabran, Salyan, Şirvan, Şəki, Qax, Balakən, Ağstafa, Gədəbəy, Zərdab və Samuxdan ümumilikdə 150-yə yaxın idmançı qatılıb. Budəfəki yarışlar şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçirilir.
Federasiyanın baş katibi Könül Mikayılovanın sözünə görə, yarışın təşkilində əsas məqsəd stolüstü tennisin təbliği, kütləviliyinin artırılması, perspektivli idmançıların üzə çıxarılması, ümumilikdə bu idman növünün inkişafına töhfə verməkdir.