Stolüstü tennisçilərin ölkə turniri

Sumqayıtda 2014-cü il təvəllüdlu və daha azyaşlı stolüstü tennisçilərin ölkə turniri keçirilib.

Allsport.az xəbər verir ki, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər. 100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Gərgin və maraqlı mübarizənin nəticəsinə görə oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutub. Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olub. Fərqlənən idmançılara Azərbaycan stolüstü tennis federasiyasının hədiyyələri təqdim edilib.

Həmin kateqoriyadan