Sveçkov “Neşvill”də qaldı

“Neşvill Predatorz” klubu rusiyalı hücumçu Fedor Sveçkov ilə yeni müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, 22 yaşlı xokkeyçi ilə imzalanan yeni sazişin müddəti iki illikdir.

Müqavilənin ümumi dəyəri 2,5 milyon dollar təşkil edir.

Gənc forvard cari mövsümdə NHL-də keçirdiyi 58 matçda 13 (3 qol + 10 ötürmə) xal toplayıb.

Sveçkov şimali Amerikaya yollanmazdan əvvəl SKA və “Spartak Moskva” komandalarının şərəfini qoruyub.

Həmin kateqoriyadan