Syomin yenidən “Qəbələ”nin əməkdaşları ilə bir arada

“Qəbələ”nin əmakdaşları komandanın keçmiş baş məşqçisi, hazırda Rusiyanın “Mordoviya” klubunu çalışdıran Yuri Syomini ziyarət ediblər. Allsport.az xəbər verir ki, həm “Qəbələ”, həm də “Mordoviya” Antalyada təlim-məşq toplanışındadır.

Bu fürsətdən istifadə edən keçmiş əməkdaşlar bir araya gəliblər.

Qeyd edək ki, “Mordoviya” bu toplanış çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la yoxlama oyunu keçirəcək. Beləcə, Syomin növbəti dəfə Qurban Qurbanovun komandasına qarşı mübarizə aparacaq.

Həmin kateqoriyadan