- Baxış sayı: 25
- 24 Noyabr 2024 20:21
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Boulevard Hotel”də AFFA-nın tərəfdaşları üçün tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, məqsəd millətlər liqası öncəsi AFFA tərəfdaşlarına marketinq və assosiasiya hüquqları barədə bilgi vermək olub.
Tədbirin rəsmi hissəsində AFFA-nın marketinq və sponsorluq şöbəsinin rəhbəri Tural Piriyev qonaqları salamladıqdan sonra UEFA milli assosiasiyalar departamentinin biznesin inkişafı koordinatoru Manuel Ruess bu yarış barədə məlumat verib.
Sonra “Sport Matters” şirkətindən kommersiya üzrə konsultant Tom Liston futbol yarışlarında marketinq hüquqlarından istifadə və sponsorluq aktivasiyası üzrə geniş təqdimat edib, bu sahədə dünya üzrə ən yaxşı təcrübələrdən nümunələr təqdim edib.