- Baxış sayı: 46
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Koreyanın Muju şəhərində taekvondo üzrə Koreya səfiri kuboku keçirilib. Allsport.az xəbər verir ki, hər il keçirilən turnirdə qaliblər arasında ilk dəfə olaraq dünya birinciliyi keçirilib. Səfir kubokuna seçilən üç taekvondoçumuz ölkəmizi dünya birinciliyində təmsil edib.
Məmməd Abdullayevin rəhbərliyi altında Səyyad Dadaşov (51 kq) və Yaşar Məmmədli (63 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Riyad Şirəliyev (55 kq) isə çempionatın bürünc medalına sahib olub.