Taekvondo hakimi olmaq istəyənlər üçün məşğələ

17-19 dekabrda Azərbaycan taekvondo federasiyasının (ATF) təşkilatçılığı ilə taekvondo idman növü üzrə milli və beynəlxalq hakimlər üçün təkmilləşdirmə kursu, yeni hakim olmaq istəyənlər üçün isə seminar keçiriləcək.

Allsport.az xəbər verir ki, ATF-in hakimlər komitəsinin sədri Gündüz Abdullayev və hakimlər komitəsinin sədr müavini Aygül Abdullayevanın rəhbərliyi altında keçiriləcək məşğələlələr nəzəri və təcrübi hissədən ibarət olacaq.

Yeni hakim olmaq istəyən iştirakçılar dekabrın 19-da keçiriləcək imtahanı uğurla başa vuracaqları təqdirdə milli hakim kateqoriyası əldə edə biləcəklər.

O cümlədən kurs və seminar 24-29 dekabrda yeniyetmə, gənclər və böyüklər arasında keçiriləcək respublika birinciliyi və çempionatına, eləcə də 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlara hakimlərin seçimi xarakteri daşıyacaq.

Həmin kateqoriyadan