Taekvondo hakimləri üçün kurs

7-19 dekabrda Azərbaycan taekvondo federasiyasının (ATF) təşkilatçılığı ilə ATF-in məşq zalında taekvondo idman növü üzrə milli və beynəlxalq hakimlər üçün təkmilləşdirmə kursu, yeni hakim olmaq istəyənlər üçün isə seminar keçirilib. 

Allsport.az xəbər verir ki, ümumilikdə seminar və kursda 47 nəfər iştirak edib. 

Federasiyanın hakimlər komitəsinin sədri Gündüz Abdullayev və sədr müavini Aygül Abdullayevanın rəhbərliyi altında keçirilən kurs və məşğələ nəzəri və təcrübi hissədən ibarət olub. 

Dekabrın 19-da yeni hakim olmaq istəyən iştirakçılar milli hakim kateqoriyası əldə etmək üçün imtahanda iştirak ediblər. 

Sonda onlara Azərbaycan taekvondo federasiyasının vitse-prezidenti Hikmət Səmədov tərəfindən sertifikatlar təqdim olunub. 

Təqdimetmə mərasimində qurumun vitse-prezidenti Niyaməddin Paşayev, baş katibi  Rüstəm Bağırlı və hüquqşünası Faiq Allahverdiyev də iştirak ediblər. 

Toplantı 24-29 dekabrda yeniyetmə, gənclər və böyüklər arasında keçiriləcək respublika birinciliyi və çempionatına, eləcə də 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlara seçim xarakteri daşıyıb.

Həmin kateqoriyadan