- Baxış sayı: 39
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Noyabrın 26-sı və 27-də Azərbaycan tеaekvondo federasiyasının (ATF) təşkilatçılığı ilə milli hakimlər və yeni referi olmaq istəyənlər üçün maarifləndirici və məlumatlandırıcı seminar keçirilib.
Allsport.az xəbər verir ki, ATF-in baş hakimi Gündüz Abdullayevin rəhbərlik etdiyi tədbirdə 36 nəfər iştirak edib.
Məqsəd, dekabr ayında keçiriləcək respublika çempionatı, birinciliyi və 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlarda iştirak etmək üçün hakimlərin seçimi və nəzəri təcrübələrinin artırılması olub.
Nəzəriyyəni uğurla başa vuran yeni hakimlər dekabr ayında sınaq imtahanında iştirak edəcəklər.