- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə taekvondo üzrə açıq paytaxt birinciliyinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov çıxış edib.
O bildirib ki, ümummilli liderin Azərbaycanın və idmanımızın dünyada tanıdılmasında əvəzsiz rolu olub. Taekvondonun ölkəmizdə yüksələn xətlə inkişaf etdiyini vurğulayan natiq bunun sayəsində Avropa, dünya və Olimpiya mükafatçılarımızın olduğunu xatırladıb.
Azərbaycan taekvondo federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev isə, açılış mərasiminə ümumdünya taekvondo federasiyasının nümayəndələrinin qatılmasına diqqət çəkib. O vurğulayıb ki, məhz Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı yüksək səviyyəyə çatıb və beynəlxalq yarışlar bizə həvalə edilir.
Dünya çempionu çıxışının sonunda yarışı açıq elan edib. “Xilasedici” idman-sağlamlıq mərkəzində 500-dən artıq uşaq, yeniyetmə və gənc mübarizə aparır. Reqlamentə əsasən 2 gün keçiriləcək yarışda hər 3 yaş qrupunda 20 (10 oğlan, 10 qız) çəki dərəcəsində qaliblər bəlli olacaq.