- Baxış sayı: 58
- 28 Noyabr 2024 12:24
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
Taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, yarış Sumqayıt olimpiya idman kompleksində gerçəkləşib.
Turnirdə 17 yaşdan yuxarı 100-dək idmançı iştirak edib. Qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidova (62 kq) qızıl medal qazanıblar.
Kişilərin yarışında isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Xəyyam Ağayev (+87 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
53 kq çəki dərəcəsində Azərbaycan çempionu olan Patimat Abakarova Rio-2016 yay olimpiya oyunlarında bürünc medal qazanıb.