- Baxış sayı: 43
- 06 Fevral 2026 10:40
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

6-8 apreldə Bolqarıstan paytaxtı Sofiyada 21 yaşlı taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarıışda millimiz məşqçi Elnur Amanovun rəhbərliyi ilə 7 idmançı ilə qatılacaq.
Bunlar Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq); Paniz İsmayılpour (46 kq), Gülxanım Yaşıldal (53 kq) və Dərya Şkurkodur (67 kq).
Döyüşlərə nəzarətdə beynəlxalq dərəcəli hakim Elşad Məmmədov yer alacaq. ATF-in vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə 4 apreldə Sofiyaya yollanacaq komandamız aprelin 10-da Vətənə dönəcək.