- Baxış sayı: 43
- 14 Aprel 2025 21:32
- Baxış sayı: 81
- Aprel 14, 2025
- 0
Dünən taekvondo üzrə yığma komandalarımız təlim-məşq toplanışına başlayıb.
Allsport.az saytı xəbər verir ki, kişilərin hazırlığına Məcid Sofiyev (54 kq), Əli Məmmədov və Qaşım Məhəmmədov (hər ikisi – 58 kq), Xanrul Fətullayev (63 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev, Ələsgər Əliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) qatılıblar.
Qadınlarda Nərgiz Mirzəyeva (46 kq), Fatimə Mansur (49 kq), Patimat Abakarova (53 kq), Mehtap Kiyaniçandə (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zəhra Kalxoran (+73 kq) çağırılıblar.