- Baxış sayı: 42
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Ukrayna səfərindən 7 medalla qayıdan taekvondo üzrə komandamız, bu gün geniş heyətlə Moldovanın paytaxtına yollanır. Allsport.az xəbər verir ki, aprelin 18-də Kişinyovda təşkil edilən G1 kateqoriyalı beynəlxalq turnirdə, millimizin 13 kişi və 10 qadın idmançısı qüvvəsini sıyacaq.
Kişilərdən ibarət seçmə komandanın baş məşqçisi Reza Mehmandoust, bu yarışda Vüsal Məmmədov, Fizam Mehtiyev (hər ikisi – 54 kq), Məhəmməd Məmmədov, Kamil Abdulrrazakov, Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev, Elvin Məmmədov, İlkin Şahbazov (74 kq), Milad Beigi Harchegani (80 kq), Radik İsayev (87 kq), Əhməd Mohammadivə Ceyhun Həsənliyə (+87 kq) şans verəcək.
Qadın milli komandamızın baş məşqçisi Sun Mi Park isə Cərən Özbəy, Nurgül Çəlik, Patimat Abakarova (hər üçü – 49 kq), Lazara Caridad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyeva, Soheila Sayahi (73 kq) və Parisa Kafael Mohammad Nejada (+73 kq) ehtimad göstərib.
Reytinq xarakterli turnir başa çatandan bir gün sonra para-taekvondo üzrə 4-cü Avropa çempionatına start veriləcək. Qitə çempionatında isə 12 taekvondoçumuz medallar uğrunda mübarizəyə qoşulacaq.
Milli komandalarımız hər iki yarışa, ATF vitse-prezidenti Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədovun rəhbərliyi ilə qatılaçaq. İdmançılarımız vətənə 19 apreldə dönəcəklər.