- Baxış sayı: 43
- 14 Aprel 2025 21:32
- Baxış sayı: 81
- Aprel 14, 2025
- 0
Serbiyada keçirilən İSF U15 gimnaziada idman oyunlarında taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvləri 9 apreldə keçirilən qarşılaşmalarda döyüş üzrə 9 qızıl, 1 gümüş medala layiq görülüblər.
Allsport.az xəbər verir ki, təmsilçilərdən Fidan Muxtarzadə (29 kq), Tapdıq Quluzadə (33 kq), Musa Süleymanlı (37 kq), İnci Oruczadə (37 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq), Eda Ərən (55 kq), Rəsul Cavadzadə (61 kq), Fuad Həsənov (+65 kq) qızıl, Elmira Bayraq (41 kq) gümüş medal qazanıblar.
Beləliklə, taekvondoçular İSF U15 gimnaziada idman oyunlarında döyüş üzrə ümumilikdə 10 qızıl, 3 gümüş və 3 bürünc medala sahib çıxıblar.