- Baxış sayı: 85
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan taekvondoçuları İstanbulda təşkil olunan təlim-məşq toplanışında iştirak edir.
Allsport.az xəbər verir ki, məşqlərdə respublika uşaq-gənclər inkişaf mərkəzinin (RUGİM) taekvondo bölməsinin rəhbəri Elməddin Vəliyevin rəhbərliyi altında yeniyetmə və gənclər yaş kateqoriyası üzrə 9 idmançı iştirak edir.
Toplanış çərçivəsində idmançılar Türkiyənin bir neçə tanınmış komandası ilə birgə intensiv məşqlər keçir, qarşılıqlı təcrübə mübadiləsi aparır və qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyələrini daha da artırmaq imkanı əldə edirlər.
Bu cür təlim-məşq toplanışları idmançılarımızın texniki və fiziki hazırlığını gücləndirməklə yanaşı, onların beynəlxalq arenada uğurlu çıxışlarına mühüm töhfə verir.