- Baxış sayı: 61
- 14 Aprel 2025 21:32
- Baxış sayı: 65
- Aprel 23, 2025
- 0
Sabah taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək.
Allsport.az xəbər verir ki, İnsbruk şəhərində 2 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Ölkəmiz G1 kateqoriyalı beynəlxalq turnirdə böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvəsini sınayacaq.
Bu gün İnsbruka yollanan komanda aprelin 3-də Bakıya qayıdacaq.