Taekvondoçularımız açıq Niderland çempionatında mübarizə aparacaq

Martın 11-12-də Eyndhovendə açıq Niderland çempionatı keçiriləcək. Yarışda kişilərdən ibarət Azərbaycan milli komandası da gücünü yoxlayacaq.

Allsport.az xəbər verir ki, baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov g1 kateqoriyalı yarışda 11 taekvondoçuya şans verəcək. Niderlandda dayanq üzərinə Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov, Pərviz İskəndərov (hər ikisi 63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) çıxacaqlar.

Qeyd edək ki, bu gün səfərə yollanan komandaya rəhbərliyi Taekvondo federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.

Həmin kateqoriyadan