- Baxış sayı: 46
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Antalyada “DTF prezident kuboku” ardından, G1 kateqoriyalı açıq Türkiyə yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə 20 taekvondoçu (6 qadın 14 kişi) ilə çıxış edən millimiz 6 medala sahib olub.
Milad Beigi Hərçəqani (80 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərinə qalib gəliblər. Qaşım Məhəmmədovla (58 kq) və Radik İsayev (+87 kq) yalnız finalda üzülüblər. Məhəmməd Məmmədov (68 kq) və Ramin Əzizov (87 kq) 3-cü yer tutub.
ATF-nın vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Rza Mehmandost, Elnur Amanov, böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə yarışlarda iştirak edən millimiz 19 fevral tarixində Vətənə dönəcək.
Nəzərinizə çatdıraq ki, ölkəmizi bu yarışlarda hakim qismində Gündüz Abdullayev, Oh Kvanq Çeol, Çoşqun Nadirov və Nigar Hacıyeva təmsil ediblər.