Taekvondoçularımız Avropa çempionatında

Milli komandamız İsveçrəyə yollanıb. Allsport.az saytı xəbər verir ki, taekvondoçularımız 19-22 mayda Montrö şəhərində təşkil edilən qitə çempionatına tam heyətlə qatılacaq. 48 ölkədən 387 idmançının qatılacağı yarışda millimiz 17 nəfərlə təmsil olunacaq. Kişilərdə Radik İsayev (+87 kq), Milad Beigi Hərçəqani (80 kq), o çümlədən, Ayxan Tağızadə (68 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi – 63 kq), Səid Quliyev və Namaz Heydərov (74 kq), Məcid Sofiyev, İlham Əliyev (54 kq),Məmmədalı Quliyev (58 kq), Ramin Əzizov (80 kq) və Payam Qubadi Oğaz (87 kq) yer alıblar.
Qadınlarda Fəridə Əzizova (67 kq), Patimat Abakarova, Gülxanım Yaşıldal (hər ikisi – 53 kq), İlayda Qardələn Çiftçi (46 kq) və Yarpaq Əriş (62 kq) mübarizə aparacaq. 
Millimiz, çempionata baş məşqçi Rza Mehmandost, Sun Mi Park, böyük məşqçilər Elnur Amanov, Səbuhi Züfüqarov və Hye Young Choinin rəhbərliyi ilə qatılacaq.

Bu yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli hakim, Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edəcək. ATF vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz, 23 may tarixində Vətənə dönəcək.

taekvondo-qadınlar

Həmin kateqoriyadan