- Baxış sayı: 42
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Koreyanın Chuncheon şəhərində təşkil edilən “Korea Open” turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, 22-27 iyulda keçirilən G2 kateqoriyalı yarışda ölkəmizı 12 taekvondoçu təmsil edib.
Milli komandamız bu yarışada aktivinə 3 medal əlavə edib. Kişilərdən ibarət millinin üzvü, 1-ci Avropa Oyunlarının qalibi,80 kq çəki dərəcəsində yarışa qatılan Milad Beigi Hərçəqani bütün rəqibləri üzərində inamı qələbə qazanaraq, fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Sina Bahrami (63 kq) və qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olub.
63 kq çəki dərəcəsində tatami üzərinə çıxan Məhəmməd Məmmədov və Səid Quliyev (74 kq) dörd qaşılaşmadan qalib ayrılsalar da, yarımfinal uğrunda döyüşdə uduzub. Komandamız “Sübh şəfəqi ölkəsinə” baş məşqçi Reza Mehmandoust, böyük məşqçi elnur Amanov və Sun Mi Parkın rəhbərliyi ilə yollanıblar.
Kişilərdən ibarət millimiz 29 iyul tarixində vətənə dönəcək. Nəzərinizə çatdıraq ki, qadınlardan ibarət komandamızın üzvlərindən Təranə Məmmədova (46 kq), Partimat Abakarova (49 kq), Marina Tedeeva, Daria Şkurko (hər ikisi – 62 kq) baş məşqçi Sun Mi Parkın rəhbərliyi ilə təlim-məşqləri Koreyada davam etdirəcək.