Taekvondoçularımız Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb

Riqa açıq birinciliyində gənclərdən ibarət millimiz uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (⁠51 kq), Fuad Məhərləmli (⁠55 kq) və Elcan Əliyev (⁠78 kq) qızıl medala yiyələnib. Yalnız finalda yenilən Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) 2-ci yerlə kifayətləniblər.

Digər taekvondoçularımızdan Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (⁠59 kq), Harun Salmanzadə (⁠51 kq), Ziya Həsənli (⁠59 kq), Hüseyn Xudiyev (⁠73 kq) və Allahverdi Məmmədov (⁠+78 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan